Yol polisi sürücünü döyülməklə təhdid etdi

  • 20.11.2017
  • 0

Son vaxtlar yol polisinin sürücülərə qarşı etdikləri qeyri-etik hərəkətlərə tez-tez rast gəlirik. Bəzi hallarda sürücülərin məlumatsızlıqlarından istifadə edən yol polisləri cərimə protokolları yazır, onları ələ salır, sürücülər hüquq normaları çərçivəsində davrandıqda isə hədə qorxu gəlirlər. Oxu.Az SƏS TV-yə istinadən xəbər verir ki, belə hadisələrdən biri bu gün paytaxtın Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında baş verib. Polislə dialoqunu telefonla qeydə almaq istəyən sürücüyə qarşı yol polisi zabitinin işlətdiyi hədə-qorxu və təhqiramiz ifadələr hətta ətrafdakı insanları da şoka salıb. Oxu.Az həmin görüntüləri təqdim edir.

Nə düşünürsən?