"YAŞAT" fondu aksiyalara davam edir

  • 03.02.2021
  • 0

"YAŞAT" Fondu şəhid ailələrinin tibbi ehtiyaclarını ödəməyə davam edir “YAŞAT" Fondu tərəfindən şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir. Şəhid Şamil Hüseynlinin atası Novruz Hüseynovun, şəhidi Cəsarət Səfərovun anası Nuriyyə Səfərovanın, şəhid Məhəmməd Səmədovun qardaşı Bəylər Səmədovun, şəhid Zəbiyulla Məmmədovun anası Aynurə Məmmədovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb. Müvafiq müayinə və müalicə tədbirləri davam etdirilir. Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Nə düşünürsən?