Vətəndaş haqsızlıqla üzləşdi

  • 11.05.2021
  • 0

Babayeva Solmaz serebral iflicdən əziyyət çəkir. Sağlamlıq imkanları məhdud 7 yaşlı qızcığaz mütəmadi olaraq müalicə almalı və bahalı dərman preparatları qəbul etməlidir. Amma təəssüf ki, onun atası Emin Babayev işdən haqsız yerə uzaqlaşdırıldığına görə, qızının müalicəsini də davam etdirə bilmir. Məhz elə bu səbəbdən də balaca Solmazın atası “Problem” verilişinin qaynar xəttinə müraciət edərək, qarşılaşdığı haqsızlığın işıqlandırılmasını istəyib.

Məhkəmə qərarının icrasının gecikdirilmə səbəbini və himayəsində ağır dərəcəli serebral iflicdən əziyyət çəkən övladı olan bir atanın yaşadığı problemin nədən hələ də aradan qaldırılmadığını Ədliyyə Nazirliyindən öyrənmək istədik. Qurumun mətbuat katibliyi ilə mayın 5dən əlaqə saxlamaq itəsək də, təəssüf ki, bir nəticə əldə edə bilmədik. Ümid edək ki, süjetimizi izlədikdən sonra onların deyəcək söz olacaq və biz də onları dinləyib, işıqlandırmağa hazırıq.

REAL

Nə düşünürsən?