Valideynlərin distant təhsilə münasibəti necədir?

  • 01.04.2021
  • 0

Nazirliyin sorğusuna əsasən əksəriyyət distant təhsili dəstəkləyir.

Təhsil Nazirliyinin qərarına əsasən digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan edilən sorğu çərçivəsində 50.000 - dən çox rəy qəbul edilib. Rəylərin əksəriyyətinə görə məktəblərin bu və ya digər formada distant tədrisə keçirilməsi qeyd olunur. 50 612 nəfərin iştirak etdiyi sorğuda 45,7 % hesab edir ki,bütün siniflər üzrə təhsil distant formada davam etsin. Təhsil Naziri Emin Əmrullayev paylaşım edərək,sorğuda iştirak edənlərə təşəkkürünü bildirdi və ictimaiyyətin fikrinin qərar qəbulunda nəzərə alınmasının çox önəmli olduğunu qeyd etdi.

İctimayət nümayəndələrinin fikirləri isə müxtəlifdir.

3 övlad anası Aynur Camal distant təhsilin zərərlərini sadalayarkən olduqca narahat görünür. O bildirdi ki, övladlarının diqqətini dərsə yönləndirməsi olduqca müşkülə çevrilib.

Uşaqların gündəlik məktəb hazırlıqlarının minimuma endirilməsi onların həm də tənbəlləşməsinə gətirib çıxarıb. Övladını bu il 1-ci sinifə yola salan, daha doğrusu ürək dolusu parta arxasında əyləşdirə bilməyən valideyinlərdən biri də Zəhra Quliyevadır. O hesab edir ki, birinci siniflər üçün əyani təhsil çox önəmlidir.

Hər nə qədər məktəblərdə tədbirlər görülsə də,yoluxanlar hər gün yuksələn xətt üzrə davam edir. Onlar xəstəliyi ağır keçirməsələr də, ailədə digərlərini yoluxdura bilirlər. İki övladı 3-cü sinifdə təhsil alan Ruhi Əliyeva özü xəstəliyi olduqca ağır keçirdiyindən, necə deyərlər gözü qorxub. Bu səbəbdən də, distant təhsilin tərəfdarıdır.

Təhsil Nazirliyinin açıqlamasında o da qeyd olundu ki, 5 şəhər və rayonda əyani dərslərin dayandırılması qərarı universitetlərə aid deyil. Həmçinin, digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

REAL

Nə düşünürsən?