Tələbə krediti neçə ilə geri ödəyəcək?

  • 18.06.2021
  • 0

"Sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik rəqəmlərlə 1-2 faiz olacaq".

Bunu təhsil naziri Eemin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

"Öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq. Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin",-deyə nazir bildirib.

Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən kreditlər uzunmüddətli olacaq və ancaq bu, hələ müzakirə və təsdiq olunmalıdır:

"Ancaq uzunmüddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək".

Nə düşünürsən?