Taxıl biçininə start verildi

  • 08.06.2021
  • 0

Azərbaycanda kütləvi taxıl biçininə start verilib. İndiyədək taxıl sahələrinin 11,4 faizi biçilib, sahələrdən 337600 ton məhsul yığılıb.

Biçin prosesinin mütəşəkkil təşkili üçün “Aqroservis” Açıq Səhmadr Cəmiyyəti tərəfindən bütün lazımi hazırlıq işləri aparılıb. Biçin aparılacaq ərazilərdə növbəlilik sistemi tətbiq olunub, kombaynlarda GPS sistemi quraşdırılıb, rayonların kombaynlara tələbatı əvvəldən müəyyənləşib, texnikalar tələbata uyğun biçin ərəfəsində rayonlara göndərilib, biçin getməyən rayonlardan aktiv biçin bölgəsinə əlavə kombaynlar dislokasiya edilib.

Biçin prosesinin təşkili ilə əlaqədar “Aqroservis” ASC-də operativ qərargah fəaliyyət göstərir. Biçin prosesinin aktivləşməsi ilə əlaqədar taxılbiçən kombaynlara olan tələbat gündəlik qaydada müəyyənləşdirilir və ehtiyatda olan kombaynlar ərazilərə dislokasiya eidlir.

Hazırda taxıl üzrə məhsuldarlıq hər hektara orta hesabla 29,2 sentner təşkil edir.

Nə düşünürsən?