Su bahalaşdı: bəs içdiyimiz təmizdirmi?

  • 03.02.2021
  • 0

Tarif Şurasının suyun qiymətini artırması bilmərrə şəkildə narazılıqla qarşılanıb. “Azərsu” ASC bunu su təchizatının coğrafiyasının genişlənməsi və xərclərin çoxlaması ilə izah edir. O da deyilir ki, şirin su ehtiyatları azalır, israfçılıq artır. Əhali isə qərarı sosial şəraitlə tərs mütənasiblik təşkil etdiyi fikrindədir. Vətəndaşların sözlərinə görə, su və kanalizasiya tariflərinin 50 qəpikdən 1 manata qalxması 100 faizlik bahalaşmadır. Tariflər belə müəyyən edilib: “Bir kubmetr su təchizatının tarifi ƏDV (əlavə dəyər vergisi) daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq edilib”. Bəs ümumilikdə içməli su ilə bağlı vəziyyət nə yerdədir? Şirin su ehtiyatları tükənirmi? Gələcəkdə bizi belə təhlükə gözləyirmi? İnsanlar doğurdan da sudan istifadədə israfçılığa yol verirlər? Bu gün içdiyimiz suyun keyfiyyəti necədir? Suyun bahalaşması onun keyfiyyətinin də artırmasına gətirib çıxaracaqmı? Mağazalarda, marketlərdə qablarda satılan və təmiz su kimi təqdim edilən məhsullar həqiqətən safdırmı? Su filtri satan firmaların vətəndaşlara təklif etdiyi məhsullar reallığı üzə çıxarır, yoxsa fırıldaqdır? “TV Musavat”ın canlı yayınında, saat 15:15-də, “Həftə içi” proqramında aparıcı Emil Salamoğunun qonağı olan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bu sualları cavablandırır: Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Nə düşünürsən?