“Sovetski” sakinlərinin tükənməyən problemi

  • 23.02.2021
  • 0

Millət vəkili şikayətlərin lazımi ünvana çatdırılacağına söz verdi
Bu gün Yasamal rayonu “Sovetski” adlanan ərazinin sakinləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirib.

Sakinlər sökülən evlərə görə verilən kompensasiya məbləğinin azlığından şikayət edirdilər.

Aksiya iştirakçılarından iki nəfər parlament binasına daxil olaraq problemlərini çatdırdı. Daha sonra həmin şəxslər yığışanlara müraciət edərək səslərinin eşidildiyini, bu həftə ərzində onları narahat edən məsələlərin həll olunacağını bildirdilər.

Mövzu ilə bağlı 17 saylı Yasamal 3-cü dairəsini təmsil edən millət vəkili Elnur Allahverdiyevin münasibətini öyrəndik. Elnur müəllim məsələdən xəbərdar olduğunu bildirdi:

Ümid edək ki, bu məsələ nəhayət ki, bir dəfəlik həll olunacaq. Mövzunu diqqətdə saxlayacağıq.

 

Nə düşünürsən?