Şəmkirdə “COVID-19” xəstəsi saxlanıldı

  • 08.04.2021
  • 0

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakininin karantin qaydalarını kobud şəkildə pozduğunu müəyyənləşdiriblər.

Polis əməkdaşları dərhal ev şəraitində müalicə almasına baxmayaraq, yaşadığı ünvanı tərk edən Musa İsayevin şəhər ərazisində yerini aşkarlayaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndəriblər.

Fakla bağlı Şəmkir Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.(REAL)

Nə düşünürsən?