Şəhidlərlə bağlı yeni sayt yaradıldı

  • 17.03.2021
  • 48 baxış
  • 0

600-ə yaxın şəhid barədə məlumat vahid platformada toplanıb.

Gəncədə Gencesehidleri.az saytının təqdimatı olub.

Şəhid ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov deyib ki, şəhidlərin xatirəsinin yaşadılması baxımdan yeni yaradılan sayt xüsusi əhəmiyyət kəsb edir. Sayt Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanıb.

Gəncənin I Qarabağ Müharibəsi, Vətən Müharibəsi, mülki və digər şəhidləri barədə məlumatları vahid platformada toplayır. Burada ümumilikdə 600-ə yaxın şəhid barədə məlumat yerləşdirilib.

Qeyd edək ki, Gəncə şəhəri I Qarabağ Müharibəsində 90 nəfəri itkin olmaqla 467, 44 günlük Vətən müharibəsi dövründə isə 86-sı hərbi, 26-sı mülki olmaqla, 112 şəhid verib.

Nə düşünürsən?