Şəhidin xatirəsinə bulaq istifadəyə verildi

  • 01.05.2021
  • 0

Lənkəranda Vətən müharibəsi şəhidi Sənan Ağazadənin xatirəsinə həsr olunan ehsan bulağı istifadəyə verilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu gün şəhidin 21 yaşı tamam olur və bu münasibətilə doğulduğu Göyşaban kəndində xatirəsi əbədiləşdirilib. Kəndin mərkəzində şəhidin adına bulaq kompleksi inşa edilib. Tədbirdə rayon icra aparatının nümayəndəsi, yerli idarəetmə orqanlarının əməkdaşları, kənd sakinləri və şəhidin döyüş yoldaşları iştirak edib.

Qeyd edək ki, şəhid Sənan Nizami oğlu Ağazadə 1 may 2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. 1 il 3 ay xidmət etdikdən sonra Vətən Müharibəsinə Füzuli istiqamətində qoşulub. Minaatan bölüyündə tuşlayıçı kimi iştirak edib. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Oktyabrın 14-də qəhrəmancasına şəhid olub. O, “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Nə düşünürsən?