Şəhid jurnalistin babası: “Yenicə ailə qurmuşdu”

  • 04.06.2021
  • 0

“Qismətidir, şəhid olub. Məlumatı eşitdikdən sonra dəqiqləşdirdik. Nəşin nə vaxt gətiriləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”.

Bu sözləri bu gün Kəlbəcərdə xidməti vəzifəsini yetirərkən minaya düşərək həlak olan AZƏRTAC-ın əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov deyib.

O qeyd edib ki, Məhhərəm İbrahimovun iki oğul övladı var: “Birinin beş yaşı var, birinin üç”.

Məhərrəm İbrahimovla birgə şəhid olan Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışovun babası Qardaşxan Abıyev isə bildirib ki, o yenicə ailə qurmuşdu: “Nəvə itirmək ağır dərddir. Bir övladı var”.

Nə düşünürsən?