Şəhid ailələrinə dövlət qayğısı davam edir

  • 09.04.2021
  • 0

"Bir dənə də olsun, evsiz şəhid ailəsi qalmayacaq”.

Bu fikirləri dövlət başçısı İlham Əliyev hər dəfə şəhid ailələri ilə görüşdə səsləndirir. Çünki prezidentin yürütdüyü siyasətin əsasını şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılması təşkil edir. Onların problemlərinə hər zaman həssaslıqla yanaşan dövlət başçısı bu istiqamətdə bir sıra fərman və sərəncamlar imzalayıb. 2021-2025-ci illər ərzində ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi, müharibə əlili mənzil və fərdi evlə təmin ediləcək. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və əliliyi olan şəxslərin sosial təminatının yaxşılaşdırılması istiqamətində işlər daha da sürətlənib.

Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində 30 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə evlər təqdim olunub.

Xatırladaq ki, bu, 2021-ci ildə təhvil verilən sayca ikinci kompleksdir. Bundan əvvəl bu ilin fevralında Ramanı qəsəbəsində 9 mərtəbəli 30 bina tikilib istifadəyə verildi. 1512 mənzildən ibarət olan kompleks sosial infrastrukturla təchiz edildi.

Vətən müharibəsindən sonra Ucar, Şəmkir, Saatlı və Lerikdə 25 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib. Şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onların artıq böyük əksəriyyəti təqdim edilib. Bu günə qədər 9 mindən artıq şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib. Ötən il isə min 572 mənzil verilib. Beləliklə, həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində şəhdi olan qəhrəmanlarımzızn ailə üzvlərinə ilin sonun qədər tam veriləcək. Bu proqram Bakı. Sumqayıt şəhətləri və Abşeron rayonunu əhatə edəcək. Digər rayonlarda olan şəhdi ailələrinə veriləcək mənzillərin və fərdi evlərin tikintisi davam edir.

Prezident şəhid ailələrini və müharibə əllillərini evlə təmin etməklə yanaşı, aylıq təqaüd və digər sosial ödənişlər, həmçinin sosial proqramlar həyata keçirir. Şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunurlar. Bundan başqa, YAŞAT Fondunun yaradılması bu kateqoriyadan olan insanların sosial rifahına xidmət edir. Şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.

Ümumiyyətlə, 2018-cİ il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman şəhid ailləri ilə bağlı oldu. Onlara birdəfəlik ödəmələrin verilməsi, mənzillə təminat daim dövlətin diqqət mərkəzindədir.

Nə düşünürsən?