Qubada sahibsiz itlərin sayı artıb

  • 07.02.2021
  • 0

Qubada ötən il 695, bu il 63 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb Qubada əhalini narahat edən məsələlərdən biri də sahibsiz itlərlə bağlıdı. Belə ki, əvvəllər daha çox sakit və şəhərdən kənar məkanlarda rast gəlinən sahibsiz itlər son dövrlərdə hətda istirahət parklarını belə demək mümkünsə zəbt ediblər. Nəticədə əhaliyə hücum etməklə ziyan vurmaqda davam edirlər. Görüntülər Quba şəhərinin mərkəzində yerləşən Meydan İstirahət Parkındandır. Göründüyü kimi sakinlər nəinki parkda gəzə bilmir hətta ətrafından belə keçməyə qorxurlar. Sahibsiz itlər vaksinasiya olunmadığı üçün quduzluq xəstəliyinin də əsas daşıyıcılarıdır. Elə sakinlərin ən böyük narahatlığı da məhz bu xəstəliyin yayılması ilə bağlıdı. Son illər Quba Rayon Mərkəzi Xəstəxanasına it dişləməsi ilə edilən müraciətlərin sayında da artım müşahidə edilir. Belə ki, tibb müəssisəsinə 2020-ci ildə 695, cari ilin yanvar ayı ərzində isə 63 nəfər it dişləməsi ilə bağlı müraciət edilib. Rayonda sahibsiz itlərlə bağlı problemin ciddiliyi nəzərə alınaraq sığıcaq yaradılması qərara alınıb. Artıq bu istiqamətdə işlərə start verilib. Tezliklə bu ərazidə sahibsiz itlər üçün sığınacaq yaradılacaq. Hazırda ərazidə tikinti işlərinə başlanılıb. Ümid edirik tezliklə sahibisiz itlərlə bağlı təhlükə tamamilə aradan qalxacaq. Bununla da sakinlər şəhər ərazisində rahat şəkildə hərəkət edəcəklər.

Nə düşünürsən?