Qız Feysbuk-un canlı yayımında intihar etdi

  • 10.01.2018
  • 0

Körpüdən atlayaraq intihar edən 18 yaşlı qızı kameraya çəkən taksi sürücüsü saxlanılıb. Cinayətlə bağlı onun ifadəsi alınır. Milli.az xəbər verir ki, yanvar ayının 2-də Nittaya Savasdivan adlı 18 yaşlı qız Banqkokdakı Rama VII körpüsündən Çao-Priya körpüsünə atlayaraq intihar edib. Məlumata görə, qız bu əraziyə gəlmək üçün Pataradanai Noomsrinart adlı sürücüyə 500 baht (25 manat) ödəyib və onu Feysbuk-un canlı yayımında videoya çəkməyi istəyib.Videoda qızın özünü körpüdən atması əks olunub və Feysbuk-da canlı yayımlanıb. Sürücü onun intihar edəcəyindən xəbərsiz olduğunu söyləyib. Nittayanın cəsədi 2 gün sonra çaydan tapılıb. Onun intihar səbəbi bilinmir. Araşdırma davam etdirilir.

Nə düşünürsən?