Ölkədə vətəndaşlara xidmət təkmilləşdirilir

  • 01.04.2021
  • 0

Şəmkir İcra Hakimiyyətində operativ bir pəncərə xidməti yaradılıb.

Şəmkir Rayon İcra Hakimiyyətində operativ Bir Pəncərə Xidməti yaradılıb.

Operativ Xidmət Mərkəzinin fəaliyyətini təmin etmək məqsədilə yeni bina inşa olunub. Burada məlumat masası, server otağı, böyük monitor, 12 nəfərlik “dəyirmi masa”, növbəliliyi təyin edən terminal, ödəmələrin həyata keçirilməsi üçün “Milli Ön” aparatı, 20 ədəd bilgisayar dəsti mövcuddur. Mərkəzdə İctimai Nəzarət Şurası üçün də xüsusi yer ayrılıb. Binanın açlış mərasimində Prezidentin Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, millət vəkli Kamran Bayramov, rayon icra hakimiyyəti başçısı Alimpaşa Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qonaqlara Birpəncərə Xidmət Mərkəzinin fəaliyyət istiqamətləri haqqında Məlumat verən Alimpaşa Məmmədov bildirib ki, mərkəzdə vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün qüvvələr səfərbər ediləcək.

Qeyd edək ki, Şəmkir RİH Birpəncərə Xidmət Mərkəzində vətəndaşların qəbulu prosesi tam yeni sistem əsasında aparılıb, müraciətlərin araşdırılması və müvafiq qərarların qəbulu işi innovativ standartlara uyğunlaşdırılıb. Rayon əhalisinə operativlik, şəffaflıq prinsipləri əsasında xidmət göstərən mərkəz sənədlərin rahat qəbul edilməsini, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını, həmçinin vətəndaşın eyni vaxtda və vahid məkanda rayon İcra Hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasını təmin edir.

REAL

Nə düşünürsən?