Müharibə veteranlarına və qazilərə böyük güzəştlər gəlir

  • 07.05.2021
  • 0

Vətən müharibəsi veteranları ilə bağlı yeni elektron baza formalaşdırılacaq. Bu da imkan verəcək ki, onlarla bağlı məlumatlar həmin sistemə yerləşdirilsin. Nəticədə veteranlar sosial proqramlardan istifadə edə biləcəklər. Düzdür, ehtiyaclı Vətən müharibəsi iştirakçılarının bir hissəsinə mənzillər verilib.

Davamlı olaraq onların işlə təmin edilməsi, sosial problemlərinin həlli ilə bağlı yaşadıqları ərazi üzrə icra hakimiyyəti orqanlarında şöbə yaradılıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bildirdi ki, veteranların, qazilərin və onların ailələri təhsil, səhiyyənin imkanlarından güzəştli, nəqliyyatdan isə pulsuz istifadə etməlidilər.

Necə ki, vaxtilə Böyük Vətən müharibəsinin qaziləri və iştirakçıları bu imkanlardan yararlanırdılar. Onlar üçün avtobuslarda xüsusi oturacaqlar ayrılırdı, istirahətləri illik qarşılanırdı. İndi isə bunu dövlətlə paralel olaraq sahibkarlar və iş adamları həyata keçirməlidir.

Məslənin iqtisadi tərəfinə gəlincə, Millət vəkili Vüqar Bayramov bildirdi ki, Azərbaycan qanunvericiliyində vətənin azadlığı uğrunda xidmətləri olan insanlar və onların ailələri üçün imtiyazlar, eləcə də vergi güzəştləri müəyyənləşdirilib. Hazırda da bu güzəştlər tətbiq olunur.

Millət vəkili bildirdi ki, gələcəkdə güzəştlərin əhatəsi daha da genişlənəcək. Bu istiqamətdə həm xarici təcrübənin öyrənilməsi, həm də görüləcək işlər. davam edir.

Nə düşünürsən?