Müharibə iştirakçılarına psixoloji yardım edilir

  • 15.04.2021
  • 0

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını davam etdirirlər.

Ötən müddət ərzində ümumilikdə 1477 nəfərə, o cümlədən 120-dən artıq uşaq və yeniyetməyə 3092 seans psixoloji yardım göstərilib. Cənub bölgəsi üzrə 100-dən artıq vətəndaş, o cümlədən 3 uşağa 120-dən artıq seans keçirilib.Hazırda psixoloji yardım işi Bakı şəhəri, cənub bölgəsini əhatə etməklə Lənkəran şəhəri və şimal-qərb bölgəsini əhatə etməklə Qəbələ şəhərində davam etdirilir.

Qeyd edək ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.

Nə düşünürsən?