Məqsədinə çatan şəhidimiz...

  • 21.04.2021
  • 0

Firdovsi Paşayev 2000-ci il noyabr ayının 4-də Gədəbəy rayonunun Kəlaman kəndində doğulub. Kiçik yaşlarından vətənə, torpağa sevgisi ilə seçilən Firdovsinin ilk arzusu əsgər olmaq idi. Elə bu arzu ilə böyüyən Firdovsi orta məktəbi və daha sonra peşə məktəbini bitirib həqiqi hərbi xidmətə yollanır.

Elə xidmətə başladığı ilk aylardan Komandirləri tərəfindən ailəsinə təşəkkür məktubları gəlir və zamanı gəlincə Firdovsi silahdaşları ilə birgə hünər meydanına atılır. O da qəhrəman qardaşları kimi İkinci Qarabağ müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə ağır yaralanır və şəhadət zirvəsinə yüksəlir.

14 oktyabr 2020-ci il Firdovsinin son doyüş günü oldu. 17 dekabrda Gədəbəy rayon Poladlı kənd qəbristanlığında dəfn edilən şəhidimizin bu gün ruhu şaddır. Canını fəda etdiyi torpaqlarımız azadlığına qovuşdu və indi o ana dediyi vətənin qoynunda uyuyur.

REAL

Nə düşünürsən?