Kombaynçılara pulsuz təlimlər keçirilir

  • 01.04.2021
  • 0

Təlimlərə taxılyığan kombaynları idarə edən 90 mexanizator cəlb olunub.

“Aqroservis” ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib.

Cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə təşkil olunan təlimlərə “New Holland TC 4.90” markalı taxılyığan kombaynları idarə edəcək 90 mexanizator cəlb edilib.

Təlimlərdə mexanizatorlara kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, texnikaların nizamlanması işləri, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı ətraflı məlumat verilib.

Təlimdən sonra imtahandan keçən hər bir mexanizatora (operatora) sertifikat təqdim edilir.

Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.

REAL

Nə düşünürsən?