İsrailli qadından qazimizə inanılmaz jest

  • 05.03.2021
  • 47 baxış
  • 0

O, vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını qazimizə bağışlayıb
İsrailli qadın 55 yaşlı vəfat etmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb.

Sözügedən qazimiz müharibə zamanı zədə alıb huşunu itirən, eyni zamanda bir gözündən yara alan Arif Hacıyevdir.

Əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdisə,ancaq uğurlu əməliyyat nəticəsində həmin gözün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.

“2 gün əvvəl Arifin gözünü əməliyyat etdik. Onda xromatik katarakta yaranmışdı və yalnız işığı görə bilirdi. Bəlkə də tam qaranlıq olanda qaranlıq olduğunu anlayırdı, düz parlaq işıq olanda görə bilirdi, başqa heç nəyi yox. 2 gün əvvəl üçqat prosedur etdik. Korneanı açdıq. Kornea qeyri-şəffaf, ağ idi. O görə bilmirdi. Sonra içəridə qalan buynuz qişasını sərbəst buraxdıq, buynuz qişasının altına göz içi linza yerləşdirdik. Və sonra İsraildən gətirilən kornealardan birini götürdük və buynuz qişa nəqli etdik. Dünən Arif 6-45 görürüdü, bu gün isə 6-30 görür. Bu o deməkdir ki, o artıq divardakı cədvəldən görür, vaxt keçdikcə daha da yaxşı görə bilər”, - deyə israilli həkim Yişay Falik bildirib.

Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana gətirilən həkim heyəti indiyədək 134 qazimizi müayinə edib. Onlardan 28-i əməliyyat olunub, 36-a isə protez göz taxılıb.

REAL

Nə düşünürsən?