İsrail səfiri qazilərimizi ziyarət etdi

  • 04.03.2021
  • 8 baxış
  • 0

İsrailin Azərbaycandakı səfiri Corc Dik akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə İsrail səfirliyinin Feysbuk səhifəsində məlumat paylaşılıb.

Səfir bildirib ki, Azərbaycanda olan israilli həkimlər, tibb bacıları və texniklər 150-dən çox qazini müalicə ediblər.

“İsrail həkimlərindən biri ilə danışdım. O dedi ki, bu müddət ərzində burada İsrail klinikalarında 6 ayda icra etdiyi əməliyyatlardan daha çox əməliyyat edib. Məhz bu, bizim iş birliyimizin ruhudur. Bu, İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur. Azərbaycandakı insanların sağlamlığını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda - öz vətənlərində yaxşı, normal və layiq olduqları həyat yaşamalarına kömək etmək istəyirik. İnanıram ki, bu ölkələrimiz arasında dostluğun əlamətidir. İnanıram ki, dostluğumuz gələcəkdə daha da inkişaf edəcək və çiçəklənəcək”, - deyə səfir vurğulayıb.

Nə düşünürsən?