İsrail həkimləri qazilərimizin müayinələrini davam etdirir

  • 04.03.2021
  • 15 baxış
  • 0

5 gün ərzində israilli həkimlər tərəfindən 132 qazimiz müayinə olunub
"YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana gətirilən oftalmoloqlardan ibarət nümayəndə heyəti tərəfindən artıq 5 gün ərzində 132 qazimiz müayinə olunub. Onlardan 22-si əməliyyat edilib, 28-nə kosmetik protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

Xatırladaq ki, 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib. Fevral ayının 28-də ölkəmizə gələn həkimlər martın 6-dək fəaliyyət göstərəcəklər.

Nə düşünürsən?