İmtahanda yeganə maksimum bal toplayan şagird

  • 06.05.2021
  • 0

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 15-16 aprel 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.

Redaktor.az xəbər verir ki, imtahan iştirakçıları arasında bir nəfər – Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu maksimal olan 300 bal toplayıb.

“Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata görə, həmin şagird Ruslan Məsimovdur.

R. Məsimov iki il əvvəl 9-cu siniflərin buraxılış imtahanında da 296 bal toplamaqla yüksək nəticə göstərib.

Nə düşünürsən?