Əlilliklə bağlı qanun qəbul olundu!

  • 22.06.2021
  • 0

Əlilliyi olan şəxslərin hüquqları haqqında dəyişiklik layihələri səsverməyə çıxarılaraq 3-cü yəni son oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalar əsasında keçiriləcək. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna yeni edilmiş dəyişikliklə vətəndaşa 10 iş günü ərzində əlilliyinin qiymətləndirilməsi barədə məlumat veriləcək.

Qanuna dəyişikliklər 2022-ci ilin iyulun 1-dən qüvvəyə minəcək. Qanuna dəyişiklik layihəsinin 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.

Nə düşünürsən?