Düşünməmək, yoxsa "bacarana can qurban"?

  • 28.02.2021
  • 0

PATRUL.AZ səhifəmizdə bu cür başlıqla video paylaşıb izləyicilərimizə sual ünvanlamışdıq. Sevindirici haldır ki, rəylərdə əksər izləyicilər bu cür avtomobil idarə etməyi kəskin pisləmisdi. Bunu qarşı olduqlarını qeyd etmişdilər. Ancaq təəssüf ki, hələ də "bacarana can qurban" düşüncəsində olub bu sürücüyə haqq qazandıranlar oldu. Halbuki bacarmaq özünə və başqalarına təhlükə yaşatmaq deyil. Əksinə, bacarırsınızsa heç kimə təhlükə yaşatmayın, sizin varlığınızdan heç kim narahat olmasın. Həmin videonu paylaşan zaman özümüz qəsdən sonluğu kəsib paylaşmışdıq. İndi isə videoya tam baxaq. "Bacaranın" sonunu gördünüzmü? Sonra da tanıyanlar "qardaşımız cavan getdi" deyib yas saxlayacaq. Halbuki qardaşlarını vaxtında bu işdən çəkindirmək əvəzinə elə özləri həvəsləndiriblər. Hə, ən əsası isə bu sürücü özü öz etdiyi xətanın qurbanı oldu. Vay o günə ki, "bacarana can qurban" dedikləriniz bacardıqlarını edən zaman siz, sizin əzizləriniz, doğmalarınız, təqsiri olmayan, öz yolu ilə gedən insanlar onların qurbanı ola. Bəlkə onda da "alın yazısıdır, qismətdir" yazarsınız.

Nə düşünürsən?