Direktor tərəfindən incidilən 12 yaşlı qızın anası danışdı

  • 01.11.2017
  • 1

Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində direktorun 6-cı sinif şagirdinə qarşı seksual hərəkətləri ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri aksiya keçirib. Xatırladaq ki, məktəb direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır. Vəzifəsindən kənarlaşdırılan G.Alxasov prokurorluğa çağırılıb və ondan izahat alınıb. Faktla bağlı araşdırmalar davam etdirilir. Oxu.Az Report-un aksiya ilə bağlı hazırladığı videoreportajı təqdim edir.

Nə düşünürsən?