DİN maarifləndirici videoçarx hazırlayıb

  • 15.02.2021
  • 144 baxış
  • 0

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Mətbuat Xidməti narkotik vasitələrin insanların həyat və sağlamlığına vurduğu zərərdən bəhs edən növbəti sosial çarx hazırlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bildiyiniz kimi müasir dünyanı narahat  edən  əsas problemlərdən biri də narkomaniyadır: “Bu bəlaya düçar olan şəxslərin həyatları əksər hallarda faciə ilə  sonlanır. Bu  səbəbdən hər bir ölkə narkomaniyanın qarşısının alınması üçün çox ciddi profilaktik tədbirlər görməli, lazımi izahat işi aparmalı, narkomaniyanın cəmiyyət üçün nə qədər  təhlükəli  olduğunu nümayiş etdirməlidir”.

Nə düşünürsən?