"Dəstəmaz alıb yatıram ki, oğlum yuxuma gəlsin" - Şəhid atası

  • 07.03.2021
  • 0

Vətən Müharibəsinin qəhrəmanlarından olan və xalqımızın qəhrəmanlıq salnaməsini yazan igidlərimizdən biri də Abdullazadə Həsənağadır. 

Həsənağa 1993-cü il 9 mart tarixində Lənkəran şəhərində anadan olub. 

Valideynlərinin sözlərinə görə, ailəsinin tək övladı olan Həsənağanın hərbiyə marağı elə uşaq yaşlarından başlayıb. 9-cu sinifdən sənədlərini Cəmşid Naxçıvanski adına hərbi liseyə verib. 2010-cu ildə liseyi yüksək qimətlərlə başa vuran qəhrəmanımız elə həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Ali məktəbi bitirdikdən sonra 2014-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzinin zabit kurslarına yazılıb və bir il sonra kursu fərqlənmə ilə bitirib. 

2013-cü ildə "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunub. 

27 yaşlı qəhrəman 44 günlük Böyük Vətən müharibəsində şücaət göstərərək şəhid olub. Onun nəşi yüz on üç gün sonra ailəsinə təhvil verilib. 

AZXEBER.COM şəhidin həyatından və ailəsindən geniş reportaj hazırlayıb.

 Həmin reportajı təqdim edirik:

 

Nə düşünürsən?