Bu şəxslərə ikinci doza peyvənd vurulur

  • 22.04.2021
  • 0

40 yaşdan yuxarı vətəndaşların koronavirus əleyhinə 2-ci doza peyvəndləmə prosesinə başlanılıb. Xatırladaq ki, həmin kateqoriyadan olan şəxslərin 1-ci doza üzrə peyvəndləmə prosesi martın 22-də başlamışdı və 28 gün sonra 2-ci doza vurulmalıydı.

Bir neçə poliklinikada çəkiliş apardığımız zaman müşahidə etdik ki, istər 1 istərsə də 2-ci doza üçün peyvənd olunmağa gələn vətəndaşların sayı o qədər də çox deyil.

Elə Səbail rayonunda yerləşən 2 Saylı şəhər poliklinikasının şöbə müdiri Solmaz Tağıyeva da bunu təsdiqlədi.

40 yaşdan yuxarı vətəndaşlarla yanaşı eyni zamanda 1 və 2-ci doza üzrə peyvənd vurduran 60 yaşdan yuxarı şəxslər də var.

Qeyd edək ki, koronavirus infeksiyasına yoluxub sağalmış şəxs 6 ay müddətinə peyvənd oluna bilməz. 1-ci doza peyvəndi vurdurub koronavirusa yoluxmuş şəxs isə yalnız 6 ay keçdikdən sonra 2-ci doza peyvəndi qəbul edə bilər.

REAL

Nə düşünürsən?