Bu ölkələrin vətəndaşları ABŞ-a giriş qadağandır

  • 05.12.2017
  • 0

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq. D. Trampın fərmanı İran, Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub. Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D.Trampın fərmanı icra olunacaq. Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub.

Nə düşünürsən?