Azərbaycanda uşaqpulu nə vaxt bərpa oluna bilər?

  • 20.02.2021
  • 625 baxış
  • 0

Bu gün insanlarımızın çoxu uşapulunun yenidən bərpasını istəyir. Hətta bununla bağlı müxtəlif təkliflər var. Zaman-zaman bu məsələ Milli Məclisdə deputatlar tərəfindən də qaldırılıb. Pandemiyadan sonra yenidən uşaqpulunun bərpa ediləcəyi ilə bağlı iddialar da səsləndirilir. Azərbaycanda uşaqpulu yenidən bərpa edilə bilərmi?

BAXAR.AZ  xəbər verir ki, bununla əlaqədar  danışan deputat Müşfiq Cəfərov bildirib ki, Mili Məclisdə də uşaqpulunun yenidən bərpası ilə bağlı deputatlar tərəfindən də fikirlər səsləndirilməkdədir:

 
"Bilirsiniz ki, 2021-ci ilin büdcəsi artıq təsdiqlənib. Builki büdcədə əsas Qarabağımızın bərpası, hərbi, təhsil və sosial xərclər nəzərdə tutulub. Lakin düşünürəm ki, gələcəkdə aparılan iqtisadi analizlərdən sonra yenidən bu məsələyə qayıdıla bilər. Çünki bu məsələ tək Milli Məclisdə deyil, həm də sosial şəbəkələrdə və mediada da müzakirə olunur. İnsanların bizə ünvanladığı suallar da uşaqpulunun nə zaman bərpa ediləcəyi ilə bağlıdır. Hər kəs üçün bu mövzu maraqlıdır. Azərbaycan iqtisadiyyatı və qeyri-neft sektoru inkişaf edir. Düşünürəm, vergidə, gömrükdə aparılan islahatlar imkan verəcək ki, növbəti illərdə uşaqpulunun bərpa məsələsinə yenidən baxılsın".