Autizm xəstəsinin sosial müavinəti niyə kəsilib?

  • 16.03.2021
  • 0

Autizm xəstəsi olan 14 yaşlı uşağın sosial müavinəti kəsilib. Yeddi aydır yenidən komissiyadan keçmək üçün sənədlər göndərilsə də imtina edilərək geri qaytarılıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, valideynləri onun bu xəstəliyini 3 yaşında olarkən hiss ediblər. Valideynləri bu xəstəliyin qısa zamanda müalicəsiz keçəcəyini düşünərək 8 yaşına qədər onu heç bir müayinə və müalicəyə cəlb etməyib.

Vəziyyətinin getdikcə ağırlaşdığını görən ailə üzvləri 2015-ci ildən Fəzinin müalicəsinə başlayıb və ona sosial müavinət təyin edilib.

Anası Xeyansa Fəziliyevanın sözlərinə görə, 2020-ci ilin avqust ayında övladına təyin olunan sosial müavinət kəsilib. Bununla bağlı Göyçay rayon Mərkəzi xəstəxanasına lazımi sənədləri təqdim etsə də, onlara hansı səbəbdən imtina verildiyi məlum olmayıb.

Bununla bağlı ilk olaraq Göyçay rayon mərkəzi xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın direktoru Elçin Bilalov şifahi olaraq BAKU.TV-yə bildirdi ki, xəstəliyin təyinatı üçün yazılan bütün forma 88 Nazirlər Kabinetinin 2016-cı il 413 saylı əmrinə əsasən doldurularaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya komissiyasına göndərilir.

Fəzi Fəzilinin də forma 88-i eyni qaydada doldurularaq göndərilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin mövqeyi öyrənilib. Agentiliyin mətbuat katibi Gülnar Əzizova Fəzi Fəzlinin imtina səbəbini izah edib.

Nə düşünürsən?