Arəstə Baxışovanın ailəsinin yaşadığı evə qaz çəkildi

  • 23.03.2021
  • 5 baxış
  • 0

“Azəriqaz” İB Vətən Müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışovanın ailəsinin yaşadığı evi təbii qazla təmin edilib.

 

Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan ailəsi bugünədək təbii qazdan istifadə etməyib.

 

“Azəriqaz” ailə müraciət etməsə belə, fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlayıb.

 

Qeyd edək ki, Arəstə Baxışova Vətən Müharibəsində şəhid olan ilk qadın hərbiçidir. Oktyabrın 24-də yaralı hərbçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.

 

Arəstə Baxışovanın Zəhra və Mərdan adlarında iki övladı bizə əmanət qalıb.

Nə düşünürsən?