250 manatlıq kompensasiya kimlərə şamil edilməlidir?

  • 29.03.2020
  • 0

Azərbaycan hökuməti yaxın iki gün ərzində koronovirus pandemiyası ilə bağlı vətəndaşların sosial müdafiəsi məqsədi ilə xüsusi vəsait ayıracaq. Hazırda Nazirlər Kabineti yanında Operativ Mərkəz xüsusi qərar hazırlayır. Bəzi məlumatlara görə, Operativ Qərargahın #evdəqal çağırışına riayət edən vətəndaşlara hökumət tərəfindən maddi dəstək kimi vətəndaşlara minimum əməkhaqqı həcmində (250 manat) məbləğində vəsait ayrılacaq.
“Ölkə.Az”a daxil olan məlumata görə, hazırda vətəndaşlara veriləcək məbləğ hələ ki, konkret deyil. Ancaq məsələ üzərində iş gedir. Bu 250 manat da ola bilər 150 manat da... Operativ Qərargah  hazırda  veriləcək məbləğ və onun kimləər, hansı təbəqələrə veriləcəyi mexanizmi üzərində işləyirlər. Yaxın  bir-iki gündə məsələ ilə bağlı Qərargahın bununla bağlı açıqlaması olacaq.
Məsələ ilə bağlı “Ölkə.Az”a açıqlama verən Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib ki,  hökumət vətəndaşların sosial müdafiəsi ilə bağlı lazımıi addımlar atacaq. “Ancaq bunun mexanizmi, veriləcək məbləğlə Nazirlər Kabineti yanında Operativ Mərkəz məşğuldur. Yəqin ki, yaxın günlərdə məsələyə aydınlıq gətiriləcək”-komitə sədri deyib.

Nə düşünürsən?