14 yaşlı qız evli oğlana qoşulub qaçdı

  • 18.05.2021
  • 0

İstanbulun Beyoğlu səmtində 14 yaşlı qızın bir ay əvvəl ailə quran gəncə qoşulub qaçması ailələr arasında kütləvi davaya səbəb olub.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, qızın valideynləri onu geri qaytarmaq üçün Mehdi D.-nin evinə gəliblər. İki ailə arasında yaşanan qarşıdurma bıçaq, zopaların işə düşməsi ilə böyüyüb.

Nəticədə bir nəfər bıçaqlanıb. Baş verənlər kameraya düşüb.

Nə düşünürsən?