“Yuxu dərmanları atıram, key kimiyəm. Düzələcəyəm və daha da yaxşı olacağam. Ayağımdakı yanıqlarım 6 aya sağalacaq. Ayaqlarımdan savayı əllərim, üzüm də yanıb. Yavaş-yavaş üzümlə, əllərim sağalır. Ayaqlarıma görə, bəlkə Türkiyəyə getdim. Orada əməliyyat etdirəcəyəm.”
Bu sözləri “Location” gecə klubunda baş verən partlayışda ciddi yanğın xəsarətləri alan məşhur bloqer Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Bloqer hazırda maddi sıxıntılar çəkdiyini də dilə gətirib:
“Maddi cəhətdən çox çətinlik çəkdim. Çünki mən tək qadınam, üç uşağa baxıram. Ailəm, yaxın dostlarım mənə maddi köməklik etdilər”.
Şükürova partlayış günündən olan videogörüntüləri paylaşıb. Görüntülərdə klubda rəqqasə olan Seneqal vətəndaşı da var.
Həmin videonu təqdim edirik:

























