Türkiyədə mağazadan qayıdan 17 yaşlı qız başından güllələnib. Qohumu ilə birlikdə yol gedərkən anidən yerə yıxılan Hanife Büşra dərhal xəstəxanaya çatdırılıb. Yeniyetmənin başından güllə dəydiyi məlum olub. Həkimlərin 6 günlük cəhdinə baxmayaraq, Büşranın həyatını xilas etmək mümkün olmayıb. Polislərin araşdırmasından sonra məlum olub ki, o, Ömer Kayanın açdığı atəş nəticəsində güllələnib. Ömer Kaya polis tərəfindən saxlanılıb.