“Yenilməzsən Azərbaycan” təqdim olundu

  • 04.02.2021
  • 0

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maliyyə dəstəyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə “Yenilməzsən Azərbaycan” layihəsi əsasında klip hazırlanıb. Publika.az xəbər verir ki, layihənin sözləri və musiqisi şəhid polkovnik-leytenant, pilot Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya məxsusdur. Musiqinin kompozisiyasını Azərbaycan Respublikasının Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərov ifa edib. Layihənin ekran işi Ülviyyə Könülə məxsusdur.

Nə düşünürsən?