Türkiyə millisi meydana bu mahnı ilə çıxacaq

  • 10.06.2021
  • 0

Avro-2020 çempionatının Bakıda keçiriləcək oyunları zamanı Türkiyə millisisinin meydana çıxan zaman ifa ediləcək mahnı bəlli olub.

Axar.az xəbər verir ki, qardaş ölkənin millisi Bakıda Mustafa Sandalın mahnısı ilə meydana çıxacaq.

Qeyd edək ki, Türkiyə-Uels oyunu 16 iyunda Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyunu Türkiyə və Azərbaycan liderlərinin canlı izləyəcəyi gözlənilir.