Səbinə Dilarəni təkrarçılıqda günahlandırdı

  • 10.02.2021
  • 0

Əməkdar artist Səbinə Babayeva bu günlərdə yeni klipini təqdim edən müğənni Dilarə Kazımovaya söz atıb. BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Ey Azərbaycan" mahnısındakı obrazını Dilarənin "Azərbaycan" adlı yeni ekran işində təkrarladığını bildirib. Hər artistin özünəməxsus səsi, səhnə hərəkəti, jest və mimikası, səhnə paltarı var. Bütün bunlar bir obraz yaradır. Öz daxili dünyan, ifa etdiyin musiqi ilə qovuşanda məhz obrazın ortaya gəlir. Sən heç kimə bənzəmirsən, özünsən. Özünü axtarıb tapmaq çətin işdir, hansısa stilistin yanına gedib hazır özünə yapışdırmaq daha asan gəlir. Amma o zaman özünü boğub, kimisə təkrarlayırsan" deyə, Səbinə sosial şəbəkədə paylaşım edib. O, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konsertdə "Ey Azərbaycan" mahnısını oxuyarkən lentə alınan görüntüləri paylaşıb. Qeyd edək ki, Dilarə də "Azərbaycan" klipində ağ uzun libas geyinib. Mahnının musiqisi və sənətçinin hərəkətləri Səbinənin çıxışındakına bənzədilib.

Nə düşünürsən?