Rus və türk ulduzlar məşhur müğənninin klipində

  • 24.02.2021
  • 0

Türkiyəli müğənni Adil Karaca “Mənim anam” adlı klipini təqdim edib.

Publika.az xəbər verir ki, ekran işi Rusiya, Türkiyə və Azərbaycanda çəkilib. Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar - Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıb.

Klipin rejissorları Ruslan Ağayev və Murad Aygördür. Adil Karacanın “Mənim anam” adlı mahnısı musiqi platformalarında “Zhara Music” leyblı altında təqdim olunub.

Nə düşünürsən?