Rəşad Atakişiyevin xanımının bəstəsinə klip çəkildi

  • 26.05.2021
  • 0

Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva yeni layihəsini təqdim edəcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbəyə həsr olunan “Şuşam mənim” adlı layihənin klip çəkilişləri artıq yekunlaşıb. 

Fidan Hacıyeva yeni layihəsi haqda açıqlama verərkən bildirib ki, “Şuşam mənim” mahnısının bəstəkarı şəhid-pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova, sözlərin müəllifi isə Xalq şairi Vahid Əzizdir: “Layihəmizin rəhbəri bəstəkarımız, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dossenti, fəlsəfə doktoru Könül Hüseynovaya təşəkkür edirəm. Bu gözəl musiqini o yaradıb. “Şuşam mənim”in sözləri Xalq şairimiz Vahid Əzizə aiddir. Klipin rejissoru Nail Naiboğludur. Klipdə şəhid və qazi övladları, həm də mənim tələbələrim çəkilib. Uşaqlarla işləmək mənim üçün bayramdır. Çünki onları çox sevirəm. Onlar çox istedadlıdırlar”.

Layihənin rəhbəri Könül Hüseynova  rejissoru Nail Naiboğludur. 

Klipin çəkilişləri Mərkəzi Nəbatat Bağı və Rəşid Behbudov adına Mahnı Teatrında reallaşıb. Fidan Hacıyeva klipdə üç geyimdən istifadə edib. Geyimlərdən biri isə “Xarıbülbül”ü özündə ehtiva etdiyi üçün diqqət çəkib.

Nə düşünürsən?