Nura Suri pandemiya səssizliyini pozdu

  • 17.03.2021
  • 0

Pandemiya səbəbilə bir çox ulduzların sənətində durğunluq yaransa da, müğənni Nura Suri yeni layihələri ilə dinləyicilərini sevindirməyə davam edir. “Düşünürdüm” adlı mahnısına çəkilən klipini müğənni yutub kanalında təqdim edib.

Publika.az xəbər verir ki, sənətçi mahnı üçün əvvəlcə rəqqaslarla iki gün kamera qarşısına keçsə də, texniki problemlər səbəbilə çəkildiyi kadrlardan istifadə edilməyib. Odur ki, N.Suri yenidən başqa bir rejissora klip çəkdirməli olub. Mahnını Hüseyn Qəribov ekranlaşdırıb. Ayrılıqdan oxuyan müğənni klip zamanı bir neçə obrazda obyektiv qarşısına keçib.

Ekran işində modellər Əlisərdar Talıbov və Nigar Qədirlinin səmimi görüntüləri diqqət çəkib.