Koronavirusla bağlı mahnı “Eurovision”da qəbul olunmadı

  • 05.02.2021
  • 0

Ukraynanın “Eurovision” üçün təqdim etdiyi mahnı qəbul edilməyib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb “Go_A” qrupunun səsləndirdiyi “Shum” mahnısının 4 dəqiqədən artıq olmasıdır. Qaydalara əsasən, sözügedən bəstə 3 dəqiqəyə endiriləcək və mart ayında yenidən ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, qrup üçün “Shum”, “Rano” ve “Tserkovka” bəstələri hazırlanıb, aralarında Jamalanın da (“Eurovision- 2014” qalibi- red.) olduğu münsiflər heyəti seçimini edib. Layihədə ötən ildən dünya gündəmini zəbt edən koronavirus pandemiyasına da toxunulub, geyim və xoreoqrafiya ilə mesajlar verilib.

Nə düşünürsən?