Yumurtanın ən düzgün hazırlama üsulu

  • 19.04.2021
  • 0

Yumurtanı ən düzgün yolla hazırlanmaq üçün onu suda qaynatmaq lazımdır.

BİG.AZ xəbər verir ki, bu barədə "Express" Böyük Britaniyanın Milli səhiyyə xidmətinin ekspertlərinə istinadən yazır.

Mütəxəssislər, həmçinin, omlet hazırlamağı da məsləhət görürlər.

Buna baxmayaraq, onların sözlərinə görə, yemək bişirərkən müəyyən qaydalara əməl edilməlidir: qaynadan zaman duz əlavə olunmamalıdır, omlet isə yağsız südlə bişirilməlidir.

Ekspertlər qeyd edirlər ki, bu məhsulu hazırlamağın ən zərərli yolun qızartmaqdır, çünki bu zaman yeməkdəki yağın miqdarı ikiqat artır.

Mütəxəssislər vurğulayırlar ki, yumurtanın tərkibində B2 və B12 vitaminləri, yod və fol turşusu var.

Daha öncə tibb elmləri doktoru, dietoloq Mixail Ginzburq yumurtanın ən pis və ən yaxşı hazırlanma üsulunu açıqlayıb. Onun sözlərinə görə, yumurtayla qızardılmış istənilən kolbasa zərərli və təhlükəlidir. Gün ərzində 50 qram qırmızı ətlə qızardılmış yumurta yemək mədəaltı vəzi və qalın bağırsaq xərçəngi kimi xəstəliklərə tutulma riskini artırır və ateroskleroz inkişafını sürətləndirə bilər. Yumurtada ən faydalısı isə poşe yumurtalardır. Bu yeməyi hazırlamaq üçün yumurtanı qaynar suda 2-3 dəqiqə qabıqsız bişirmək lazımdır. Qida plyonkasından istifadə etmək də olar.

Nə düşünürsən?