Toyuğun döş əti boşqabdan qaçdı

  • 08.02.2021
  • 73 baxış
  • 0

Restoranların birində hər kəsi şoka salan hadisə baş verib: doğranmış toyuq əti birdən tərpənməyə başlayıb və boşqabdan sözün əsl mənasında qaçıb. BiG.AZ esoreiter.ru-ya istinadən xəbər verir ki, həmin kadrlar "Facebook"da paylaşılıb, lakin hadisənin dəqiq harada baş verdiyi qeyd olunmayıb. Düzdür, düzgün kəsilməyən toyuğun bir neçə həftə başsız yaşadığı faktı daha öncə də tarixdə qeydə alınıb. Mərkəzi sinir sisteminin sadəliyinə görə onların orqanizminin təməl funksiyaları yerinə yetirməsi üçün sinirlərin bir hissəsinin qalması kifayət edir. Lakin tam doğranmış toyuğun tərpənmə ehtimalı yox dərəcəsindədir.

Nə düşünürsən?