Tavanın yapışmaması üçün bunu edin

  • 20.04.2021
  • 0

Sofi Luiza adlı "TikTok" istifadəçisi tavanın yapışmaması üçün maraqlı üsuldan istifadə etməyi tövsiyə edib.

BiG.AZ xəbər verir ki, bununla bağlı o, özünün "s_lou92" səhifəsində izahlı video yerləşdirib.

Kadrlardan göründüyü kimi, Sofi ilk öncə tavanın üzərinə yuyucu vasitə töküb, onu süngərin yumşaq tərəfi ilə yuyur və qaz plitəsinin üzərində buxar çıxanadək qızdırır. Daha sonra tavanın dibini örtəcək qədər duz tökür. Qəhveyi rəng aldıqdan sonra blogger duzu boşaldır və tavanı yaş salfetlə silir.

Sonda Luiza tavaya yağ tökərək yumurta qızardır. Yumurtanın tavaya yapışmadığı aydın görünür.

Qadının yerləşdirdiyi video 3 milyondan çox izlənilib. Bəziləri videonu şərh edərkən bildiriblər ki, bu üsuldan aşpazlar və restoran işçiləri istifadə edirlər.

Nə düşünürsən?