Ramzan Kadırov onu "şeytan" adlandıran izləyicini tapdı

  • 20.05.2021
  • 0

Çeçenistan rəhbəri Ramzan Kadırovun İnstaqram səhifəsində canlı yayımı zamanı onu təhqir edən izləyicinin kimliyi bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Kadırovu “şeytan” adlandırdıqdan sonra Çeçenistan rəhbərinin izləyicisinin ünvanına “Mən çox şeytanları məhv etmişəm və səni də məhv edəcəyəm” deməsi və ekran görüntüsü çəkməsi sözügedən şəxsi – 15 yaşlı Əhməd Valkayevi qorxudub.

Üstəlik, Əhməd Valkayevi ailəsi də bu vəziyyətdən olduqca narahat olub.

Valkayevin atası video yayımlayaraq onun adından Ramzan Kadırovdan üzr istəyib və oğluna yaxşı tərbiyə verə bilmədiyini söyləyib.

Nə düşünürsən?