Pakistanlı jurnalist Qarabağa kitab həsr etdi

  • 25.03.2021
  • 0

Pakistanlı jurnalist Qarabağ həqiqətlərindən bəhs edən kitab yazıb.

Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində qazandığı şanlı qələbə və bu qələbədən sonra regionda yaranmış yeni reallıqlar xarici ekspertlərin maraq göstərdiyi mövzulardandır.

Pakistanlı geosiyasi analitik-jurnalist Malik Əyyub Sumbalın “Tovuzdan Qarabağa” adlı kitabı 2-ci Qarabağ müharibəsindən sonra bu mövzuda yazılan ilk kitabdır.

Azərbaycanın son 30 ildə keçdiyi tarixdən, Cənubi Qafqazda yaranan geosiyasi vəziyyətin ətraflı təhlil edildiyi kitabın müəllifi Azərbaycana səfərləri və iş ilə əlaqədar ölkəmizdə yaşadığı vaxtlar bir neçə dəfə Ermənistanla sərhəddə və qoşunların təmas xəttində yerləşən yaşayış məntəqələrinə baş çəkdiyini, işğalçıların törətdikləri dağıntılar və vəhşiliklərin şahidi olduğunu deyir.

Nə düşünürsən?